Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan “Azərreyl” və UNEC komandaları arasında baş tutub.

GİN-in Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.

B qrupunda isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”ı 3:1 hesabı ilə üstələyib.

A qrupunda “Gəncə” 6 xalla birinci, “Azərreyl” 3 xalla ikinci olub. B qrupunda isə 5 xala malik “Abşeron” birinci, 4 xalla “Milli Aviasiya Akademiyası” isə ikinci yeri tutaraq yarımfinala yüksəliblər.

Noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” – “Milli Aviasiya Akademiyası” və “Abşeron” – “Azərreyl” görüşləri keçiriləcək.

Shares: