Bu gün Azərbaycanın 3 sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bürünc medal qazana bilər. Hər 3 təmsilçimiz təsəlliverici görüşə çıxacaq.

Nurəddin Novruzov (61 kq) ilk görüşündə Cude Hammer (Kosta-Rika) ilə üz-üzə gələcək. Orxan Abasov (79 kq) birinci duelində Suldhu Olonbayarın (Monqolustan) müqavimətini qırmağa çalışacaq. Abubakr Abakarov (92 kq) isə Devid Teylorla (ABŞ) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar. Dünya çempionatına bu gün yekun vurulacaq.

Shares: