Basketbol üzrə Avroliqa turnirində 6-cı tura yekun vurulub. Çempionatın liderlərindən biri “Jalgiris” doğma arenada “Srvena Zvezda”nı məğlubiyyətə uğradıb – 86:84.
Oyunun meydan sahibləri üçün belə çətin keçməsinin əsas səbəblərindən biri Litva komandasının əsas heyət oyunçularının passivliyi olub. Əksinə, ehtiyatdan meydançaya çıxanlar xilaskar rolunda çıxış ediblər. Sirvidisin 17, Fransiskonun 15 xalı dönüş yaratmağa imkan verib.
Son çempion “Panatinaikos” evdə ASVEL-i darmadağın edib – 92:68. Afina komandasının Türkiyədən olan basketbolçuları Ömər Yurtsevən 10, Cedi Osman isə 6 xal toplayıb.
“Monako” səfərdə “Partizan”ı məğlubiyyətə uğradıb – 79:74.
Hazırda 6 turdan sonra “Barselona” və “Jalgiris” turnir cədvəlinə başçılıq edir.