Parisdə keçirilən “Masters” turnirinin ikinci mərhələsinin oyunları baş tutub.

Fransanın paytaxtındakı yarışın üçüncü oyun gününün ən mühüm nəticələri belədir:

Qriqor Dimitrov (Bolqarıstan) – Tomas Martin Etçeverri (Argentina) 6:7, 6:3, 7:5;

Aleksey Popırin (Avstraliya) – Daniil Medvedev (Rusiya) 6:4, 2:6, 7:6;

Aleksandr Zverev (Almaniya) – Tallon Qrikspor (Niderland) 7:6. 6:3;

Aleksandr Bublik (Qazaxıstan) – Holger Rune (Danimarka) 4:6, 2:6;

Cek Dreyper (Böyük Britaniya) – Teylor Fritz (ABŞ) 7:6, 4:6, 6:4.

Əsas diqqətçəkən məqam Medvedevin məğlubiyyətidir.

Xatırladaq ki, “Masters” turnirinin mükafat fondu 5 950 575 avrodur.

Shares: