Albaniya çempionatında 11-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” “Laçi”nin qonağı olub və 0:2 hesabı ilə uduzub.

Start heyətdə meydana çıxan azərbaycanlı müdafiəçi fasilədə əvəzlənib.

“Eqnatiya” 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Shares: