Ruben Amorimin “Mançester Yunayted”in yeni baş məşqçisi olacağı dəqiqləşmək üzrədir. Erik ten Haqın xələfi olacaq portuqaliyalı ingilislərə razılığını verib.

Futbolinfo.az xəbər verir ki, “Sportinq” müqavilədə nəzərdə tutulan kompensasiyanı alacaq. Lissabon klubu Amorimə görə 10, digər məşqçi heyəti üçün də 1 milyon avro təzminatı qəbul edəcək.

Yeni baş məşqçi bu həftə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqaviləni imzalayacaq. O, milli komandaların oyunlarına görə yaranacaq fasilə zamanı “Mançester Yunayted”də işə başlayacaq. Həmin vaxtadək komandanı Ruud van Nistelroy idarə edəcək.

Shares: