“Real” Vinisius Juniora növbəti dəfə dəstəyini göstərəcək. Braziliyalının “Qızıl Top” mükafatına layiq bilinməməsinə görə Parisdəki tədbirə getməkdən imtina edən madridlilər indi də fərqli addım atacaq.
Futbolinfo.az xəbər verir ki, “Real” Vinisiusin maaşını artırmaqla ona yeni müqavilə təklif edəcək. Bununla futbolçunun Kilian Mbappenin gəlişi ilə kölgəyə düşmədiyini, klub üçün önəmli olduğunu göstərmək istəyirlər.
2018-ci ildən “Real” forması geyən Vinisusun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. 24 yaşlı oyunçunu bir sıra ingilis klubları istəyir, eyni zamanda Səudiyyə Ərəbistanından rekord məbləğdə təklifi var. Madridlilər yeni müqaviləyə çox böyük sərbəstqalma bəndi əlavə etməklə onu itirmək təhlükəsindən də qurtulmaq istəyir.