Bakıda Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə və stend atıcılığı üzrə Zəfər Kuboku start götürüb.
Futbolinfo.az xəbər verir ki, turnirdə müxtəlif bölgələrdən olan və fərqli idman klublarını təmsil edən 200-ə yaxın idmançı mübarizə aparır.
İştirakçılar güllə atıcılığı üzrə pnevmatik tapança və tüfəng, stend atıcılığı üzrə dairəvi və səngər stendi üzrə həm fərdi, həm də solo formatda qüvvələrini sınayırlar.
Qeyd edək ki, yarışa noyabrın 2-də yekun vurulacaq.