“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Ramin Nəsirli cərrahiyyə əməliyyatı olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu Türkiyənin Acıbadem Ankara Hospitalında Mehmet Binnət tərəfindən ön çarpaz bağların qopması və meniskidən əməliyyat olunub. Nəsirli noyabrın 2-də Bakıya qayıdacaq.