La Liqada daşqın səbəbindən “Valensiya” – “Real” Madrid və bir neçə digər oyun təxirə salınıb.
İspaniyanın cənub-şərqində yerləşən Valensiya əyalətində leysan yağışlar və fırtına geniş daşqınlara səbəb olub. Son məlumatlara görə, azı 95 nəfər həlak olub. Valensiyanın bəzi ərazilərini su basdığı üçün yollar dağılıb, elektrik və rabitədə fasilələr yaranıb, körpülər uçulub.
La Liqa noyabrın 2-də keçirilməsi nəzərdə tutulan “Valensiya” – “Real” Madrid və “Vilyarreal” – “Rayo Valyekano” görüşlərini təxirə salıb.
Sequndanın bir neçə oyunu da ertələnib: “Kastelyon” – “Rasinq Ferrol” (3 noyabr), “Eldense” – “Hueska” (3 noyabr), “Levante” – “Malaqa” (4 noyabr) görüşləri başqa vaxta keçirilib.