İspaniyanın “Barselona” klubu futbolçusu Fermin Lopeslə müqavilə müddətini uzadıb.

Futbolinfo.az kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Müqavilədə 500 milyon avro təzminat maddəsi də yer alıb.

Lopes kataloniyalıların heyətində 48 oyunda meydana çıxıb və 11 qol vurub.

Shares: