“Arsenal” Leroy Saneni İngltərəyə qaytarmaq istəyir. Londonlular “Bayern”lə yayda müqaviləsi bitəcək yarımmüdafiəçiyə təklif göndərmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü münhenlilərin yeni təklifini rədd edib. O, azad agent kimi öz seçimini etmək arzusundadır. “Arsenal” da bu səbəbdən transferə ümidlənib.

Vaxtilə “Şalke”də də oynamış Sane İngiltərədə “Mançester Siti”nin şərəfini qoruyub. “Şəhərlilər” 2016-cı ildə 52 milyon avroya aldığı futbolçunu 4 il öncə “Bayern”ə 49 milyona satmışdı. 28 yaşlı oyunçu yenidən Premyer Liqada oynamağın əleyhinə deyil.

Shares: