Misli Premyer Liqasının turnir cədvəlinin ikinci “5-liyində” qərarlaşan komandalardan yalnız “Şamaxı”nın ehtiyatda bir görüşü qalmaqdadır. Digər 4 komanda isə 11 oyunun hamısını keçirib. İlk “5-lik” kimi, “Ekvator xətti”nin altında qərarlaşan komandalarda da cari mövsümdə oyun sayına, meydanda olduğu müddətə görə fərqlənən futbolçular var.

Qapıçıdan 1 dəqiqə geri qalan kapitan

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Şamaxı”dan başlayaq. Yuxarıda qeyd etdiyimiz kimi, bölgə klubunun ehtiyatda bir oyunu var. Komandanın baş məşqçisi Ayxan Abbasov çempionatda keçirdikləri 10 matçda ümumilikdə 22 futbolçuya “meydan verib”. Bunlardan 8-i bütün görüşlərdə forma geyinib. Söhbət Rikardo Fernandes, Adil Nağıyev, Rüfət Abbasov, Giorgi Kantariya, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Conatan Benteke və Emin Zamanovdan gedir. Ayxan Abbasovun meydanda ən çox saxladığı yetirməsi isə Rikardo Fernandes olub. Kapitan Adil Nağıyev portuqaliyalı qapıçıdan cəmi 1 dəqiqə az oynayıb. Meydanda keçirdiyi dəqiqə sayına görə ilk “üçlüyü” gənc Rüfət Abbasov tamamlayır.

Rikardo Fernandes10900
Adil Nağıyev10899
Rüfət Abbasov10894
Giorgi Kantariya10797
İlkin Muradov9782
Belajdi Pusi9741
Vasiliye Redenoviç8720
Leroy Mikels8690
Rafael Məhərrəmli10660
Vasiliye Bakiç7630
Brahim Konate8612
Arsen Ağcabəyov10303
Conatan Benteke10294
Emin Zamanov10267
Rauf Rüstəmli7245
Qurban Səfərov7209
Səbayil Bağırov4182
Elşad Tağıyev218
Edqar Adilxanov312
Ramin Əhmədov211
Fəxri Məmmədli16
Zahid Mərdanov11

Sumqayıt” üçün 3 əvəzedilməz

“Sumqayıt” ölkə çempionatının cari mövsümündə hələlik 24 futbolçu oynadıb. Geridə qalan 11 turun hamısında iştirak etmiş oyunçuların sayı 6-ya bərabərdir. Bunlar Elvin Bədəlov, Mehdi Cənnətov, Murad Xaçayev, Səbuhi Abdullazadə, Cordan Rezabala və Nikola Vuynoviçdir. Aralarında 3-ü “kimyaçılar” üçün əvəzolunmaz hesab olunur. Belə ki, Bədəlov, Cənnətov və Xaçayev bütün görüşləri əvəzlənmədən keçiriblər. Komandanın sabiq baş məşqçisi Samir Abasov kimi, hazırda “Sumqayıt”ın “sükanı arxasında” olan Vaqif Cavadov üçün də bu 3 futbolçu çox dəyərlidir.

“Sumqayıt”da hələlik ən az meydan üzü görən oyunçu isə Kristian Velinovskidir. O, 2 oyunda ümumilikdə 15 dəqiqə qazona ayaq basıb.

Elvin Bədəlov11990
Mehdi Cənnətov11990
Murad Xaçayev11990
Səbuhi Abdullazadə11945
Vüqar Mustafayev10816
Cordan Rezabala11766
Roi Kehat9736
Rəhim Sadıxov10711
Rövlan Muradov10658
Nikola Vuynoviç11619
Silvanus Nimeli7429
Tresor Mossi8420
Sərtan Taşkın7366
Fernando da Silva5287
Kamran Quliyev8241
Slaviça Redoviç4228
Alan Dias3225
Nihad Əhmədzadə3171
Miloş Miloviç2109
Giorgi Karaişvili4103
Ayxan Süleymanlı230
Uğur Cahangirov325
Sənan Muradlı220
Kristian Velinovski215

Neftçi”nin “1 nömrəsi” – Rza Cəfərov

Keçək turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Neftçi”yə. Misli Premyer Liqasının cari mövsümündə buvaxtadək 24 futbolçu ağ-qara formanı geyinib. Onlardan 4-ü bütün turlarda meydana çıxıb. Söhbət Rza Cəfərov, Ramil Şeydayev, Kilan Lebon və Andrey Ştoqrindən gedir. Meydanda olduğu dəqiqə sayına görə isə liderlik komandanın hazırkı kapitanı Rza Cəfərova məxsusdur. Qolkiper 11 oyunun hamısını əvvəldən sonadək meydanda keçirib.

“Neftçi”də hələlik ən az ehtiyac duyulan futbolçu isə Murad Məmmədovdur. Gənc oyunçu 2 görüşdə ümumilikdə 19 dəqiqə meydanda olub. Muradın Misli Premyer Liqasındakı debütünün məhz cari mövsümə təsadüf etdiyini nəzərə alsaq, bu göstərici normaldır.

Rza Cəfərov11990
Ramil Şeydayev11948
Ervin Koffi10840
Yuri Matias9810
Kilan Lebon11738
Robert Bauer8719
Höccət Haqverdi7591
Dembo Darbo7590
Andrey Ştoqrin11571
Emin Mahmudov8567
Edvin Kuç7537
Mustafa Sek7502
Emil Səfərov9398
Rafael Quzzo7397
Rəhman Hacıyev9393
Filip Ozobiç6366
Mark Tamaş3244
Andre Şinyaşiki6210
Azər Əliyev5128
Azər Salahlı3107
Yeqor Boqomolski4100
Alfa Konte393
Ağadadaş Salyanskiy223
Murad Məmmədov219

3 yerli, 3 legioner

“Səbail”in baş məşqçisi Şahin Diniyevin ölkə çempionatının cari mövsümündə xidmətindən istifadə etdiyi futbolçu sayı 20-yə bərabərdir. 58 yaşlı mütəxəssis 6 oyunçuya (3 yerli, 3 legioner) 11 turun hamısında şans verib. Bunlar Hüseynəli Quliyev, Amir Bilali, Rüfət Abdullazadə, Fərid Nəbiyev, Madi Queta və Suleyman Alluşdur. Adıçəkilən futbolçulardan cəmi biri “Səbail” üçün əvəzolunmazdır. “Dənizçilər”in qapısını qoruyan Hüseynəli Quliyev bütün görüşləri əvəzlənmədən keçirib.

“Səbail”də hələlik ən zəif göstərici gənc futbolçu Emin Rüstəmova məxsusdur. Ancaq çempionatdakı debütü cari mövsümə təsadüf edən Eminin cəmi 19 dəqiqə meydanda olması başadüşüləndir.

Hüseynəli Quliyev11990
Amir Bilali11954
Dmirto Litvin10900
Rüfət Abdullazadə11900
Qorka Laruçça10893
Fərid Nəbiyev11867
Mert Çelik10833
Yusif Nəbiyev9720
Gitay Sofir10706
Madi Queta11659
Ayman Bouali9621
Suleyman Alluş11446
Vüsal Məsimov7300
Nihad Quliyev8269
Samir Abdullayev10222
Süleyman Əhmədov5215
David Qomis7186
Gülağa Əsədov6106
Cabir Əmirli484
Emin Rüstəmov119

28 futbolçu oynadasan, sonuncu olasan…

Növbə çatdı turnir cədvəlinin sonuncusu “Kəpəz”ə. Maraqlıdır ki, Premyer Liqanın cari mövsümündə buvaxtadək ən çox oyunçuya ehtiyac duyan komanda məhz Gəncə təmsilçisidir. Sezona Adil Şükürovla başlayan, Azər Bağırovla davam edən gəncəlilərdə 28 (!) futbolçu forma geyinib. Onlardan yalnız biri 11 turun hamısında meydan üzü görüb. Söhbət Ehtiram Şahverdiyevdən gedir. Lakin meydanda keçirdiyi dəqiqə sayına görə liderlik kapitan Yeqor Xvalkoya məxsusdur. Belaruslu müdafiəçi 10 oyunda iştirak etsə də, forma geyindiyi matçları əvəzolunmadan keçirib.

Yeqor Xvalko10900
Viktor Braqa10741
Ehtiram Şahverdiyev11701
Rojerio Santos8654
İlkin Qırtımov9648
Əli Səmədov9641
Lassana Ndiaye9604
Karim Lkouça10557
Orxan Əliyev9532
Rauf Hüseynli6520
Turan Manafov5450
Ümid Səmədov5450
Valdemar Almeyda5432
Dioqo Verdaska5405
Elmir Tağıyev5386
Məmməd Hüseynov4336
Luis Paçu4335
Nicat Süleymanov7314
Mahamadu Ba3247
Camal Cəfərov6216
Redon Mihana4195
Keverton Markolino2170
Nemət Musayev6139
Cavad Kərimov6131
Arzu Atakişiyev482
Tural Rzayev245
Mahir Həsənov237
Nihat Fərəci210
Shares: