Misli Premyer Liqasının 11 turu geridə qalsa da, heç də bütün komandalar 11 oyunun hamısını keçirməyiblər. “Qarabağ”, “Araz-Naxçıvan”, “Zirə” və “Şamaxı”nın ehtiyatda 1 oyunu qalmaqdadır.

Hər komandanın heyətində digərləri ilə müqayisədə daha çox oyun keçirən, meydanda daha uzun müddət qalan futbolçular var. Bu yazıda turnir cədvəlində ilk 5-likdə yer alan klublara nəzər salacağıq.

Qurban Qurbanov ən çox kimə güvənib?

Son çempion və cari mövsümdə də Misli Premyer Liqasında liderlik edən “Qarabağ”dan başlayaq. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 10 oyunda nə az, nə çox, düz 26 futbolçuya ehtiyac duyub.

“Köhlən atlılar”ın heyətində 3 futbolçu 10 görüşün hamısında iştirak edib. Bunlar Toral Bayramov, Abbas Hüseynov və Leandro Andradedir. Dəqiqə baxımından meydanda ən çox vaxt keçirən oyunçu isə Toraldır. Maraqlıdır ki, onun ən yaxın izləyicisi isə nə Abbas, nə də Leandrodur. Bayramovu dəqiqələrə görə Aleksey İsayev izləyir. Aleksey Toraldan 1 oyun az keçirsə də, meydanda qalma müddətinə görə Bayramovdan cəmi 7 dəqiqə geri qalır.

Bu mövsüm “Qarabağ”ın heyətində ən az oyun keçirən futbolçu isə aldığı zədə ilə əlaqədar Marko Veşoviçdir: 1 oyun, 11 dəqiqə.

Toral Bayramov10783
Aleksey İsayev9776
Abbas Hüseynov10632
Bədavi Hüseynov7625
Kevin Medina6540
Nəriman Axundzadə8540
Leandro Andrade10510
Mateus Silva6500
Emmanuel Addai7468
Mateuş Koxalski5450
Julio Romao7432
Patrik Andrade7395
Elvin Cəfərquliyev6360
Olavio Juninyo9355
Abdullah Zubir8342
Redon Cica5307
Yassin Benzia9301
Bəhlul Mustafazadə4295
Fabiyan Buntiç3270
Hamidu Keyta3206
Marko Yankoviç6202
Sadiq Məmmədzadə2180
Riçard Almeyda3161
Aleksey Kaşuk3160
Musa Qurbanlı487
Marko Veşoviç111

Berdıyevin vaz keçə bilmədikləri

Hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Turan Tovuz” keçirdiyi 11 oyunda 21 futbolçunun xidmətindən faydalanıb. Baş məşqçi Kurban Berdıyev 4 futbolçuya çempionatın bütün matçlarında şans verib. Söhbət Alexandro Serrano, Otto Con, Xəyal Nəcəfov və Ayxan Quseynovdan gedir.

Onların arasında meydanda olduğu dəqiqə sayına görə Serrano birinci pillədə qərarlaşıb. Onun ən yaxın izləyiciləri isə 10 oyunda iştirak etmiş Emmanuel Hakman və İvan Konovalovdur.

“Turan Tovuz”un hələlik ən zəif bəndi isə Sergey Samokdur. Həmyerlisi ilə rəqabətdə uduzan rusiyalı qolkiper cəmi 1 görüşdə (90 dəqiqə) meydanda olub.

Alexandro Serrano11984
Emmanuel Hakman10900
İvan Konovalov10900
Şəhriyar Əliyev10821
Kristian da Silva10806
Denis Marandiçi10774
Faiq Hacıyev10772
Otto Con11764
Roderik Miller10732
Xəyal Nəcəfov11685
İsmayıl Zülfüqarlı8414
Ayxan Quseynov11390
Tural Bayramlı7315
Veysəl Rzayev9314
Aleks Souza8281
Sadiq Şəfiyev4277
Rüfət Əhmədov4199
Eltun Turabov5176
Araş Qaderi5174
Fərid Yusifli4122
Sergey Samok190

Baxşıyev üçün əvəzolunmazlar

Keçək turnir cədvəlinin üçüncüsü “Araz-Naxçıvan”a. “Qırmızı-ağlar”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının cari mövsümündə hələlik 20 futbolçunun xidmətindən yararlanıb. Ehtiyatda 1 görüşü qalan “Araz-Naxçıvan”da 10 matçın hamısında iştirak etmiş futbolçu sayı 9-dur: Bəxtiyar Həsənalızadə, İqor Ribeyro, Vanderson Melo, Felipe Santos, Ürfan Abbasov, Nuno Rodriqes, Miço Kuzmanoviç, Bernardo Dias və Ülvi İsgəndərov.

Meydanda olduğu dəqiqə sayına görə isə 3 futbolçu seçilir. Bunlar Bəxtiyar Həsənalızadə, İqor Ribeyro və Vanderson Melodur. Onlar bütün görüşlərdə əvvəldən sonadək meydanda qalıblar.

Bəxtiyar Həsənalızadə10900
İqor Ribeyro10900
Vanderson Melo10900
Felipe Santos10817
Kristian Avram9810
Ürfan Abbasov10792
Nuno Rodriqes10775
Ramon Maçado9732
Ömər Buludov9719
Vadim Abdullayev9716
Miço Kuzmanoviç10676
Bernardo Dias10462
Slavik Alxasov6229
Mustafa Əhmədzadə3110
Ülvi İsgəndərov10107
Karlos Jatoba190
Tərlan Əhmədli190
Sezar Meza Kolli226
İssuf Paro425
Bayraməli Qurbanov224

Rəşad Sadıqovun Məqsədi

Ehtiyatda 1 görüşü qalan “Zirə” ölkə çempionatının cari mövsümündə hələlik 24 futbolçunun xidmətindən faydalanıb. Baş məşqçi Rəşad Sadıqovun ən çox güvəndiyi oyunçu Məqsəd İsayevdir. 10 oyunun hamısında iştirak edən İsayev meydanda olduğu dəqiqə sayına görə komanda yoldaşlarını qabaqlayır. Məqsədlə yanaşı, Ange Mutsinzi, Rüstəm Əhmədzadə, Ceyhun Nuriyev, Davit Volkov və Eldar Quliyev də çempionatın bütün matçlarında forma geyinib. Lakin onların heç biri İsayev kimi keçirdiyi dəqiqə sayına görə öndə deyil. Məqsəddən sonra Ruan Renato və Aydın Bayramov meydanda ən çox dəqiqə keçirən oyunçulardır.

“Qartallar”ın heyətində ən az meydan üzü görən futbolçu isə Ayron Qomisdir – 14 dəqiqə.

Məqsəd İsayev10810
Ruan Renato9743
Aydın Bayramov8720
Ange Mutsinzi10712
Rafael Utziq9634
Rüstəm Əhmədzadə10622
Ceyhun Nuriyev10607
Davit Volkov10604
Eldar Quliyev10600
Qismət Alıyev9573
Salifu Suma9557
Pyer Zebli7479
Fuad Bayramov7470
İsmayıl İbrahimli9441
Stefan Aka4300
İbrahim Abbas4188
Tiaqo Silva2180
Elçin Əlicanov3168
Georgi Papunaşvili6150
Hacıağa Hacılı4138
Martins Junior497
Yusuf Laval271
İssa Cibrila122
Ayron Qomis114

Renduliç üçün önəmli “4-lük”

“Sabah” isə Misli Premyer Liqasının cari mövsümündə hələlik 23 futbolçuya gərək duyub. Baş məşqçi Krunoslav Renduliç 4 futbolçuya (Cesse Sekidika, Amin Seydiyev, Pavol Şafranko və Coy-Lens Mikels) 11 oyunun hamısında şans verib. Meydanda qaldığı dəqiqələrin sayına görə isə liderlik Sekidikadadır. Dəqiqə baxımından Cessenin ən yaxın izləyicisi çempionatın 10 görüşündə forma geyinmiş Con İrasabaldır. Bu, ispan müdafiəçinin Seydiyev, Şafranko və Mikelsdən fərqli olaraq, heç bir görüşdə əvəzlənməməsi ilə bağlıdır.

Cesse Sekidika11918
Con İrasabal10900
Amin Seydiyev11899
Pavol Şafranko11896
Coy-Lens Mikels11840
İvan Lepniça9759
Boyan Letiç10729
Elvin Camalov9682
Namik Ələskərov10592
Sofian Çakla8552
Yusif İmanov6540
Nicat Mehbalıyev5450
İqor Noqeyra5447
Tellur Mütəllimov8303
Abdulax Xaybulayev4232
Şakir Seyidov7225
Kahim Parris4204
Xəyal Əliyev9198
Anatoli Nuriyev9185
Rəhman Daşdəmirov2175
Abdulla Rzayev291
Neqoş Kupisoviç564
Camal Cəfərov19
Shares: