Fransa Liqa 1 təmsilçisi “Monpelye” heyətini Türkiyə Super Liqasında çıxış etmiş futbolçu ilə gücləndirib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhərin eyni adlı komandası serbiyalı Nikolo Maksimoviçlə anlaşıb.

O, son olaraq qardaş ölkədə “Hatayspor”un şərəfini qoruyub.

“Monpelye” cari mövsüm arxada qalan 9 tur ərzində 4 xalla sonuncu sırada qərarlaşıb.

Shares: