Avropanın milli çempionatlarında qələbə seriyasını davam etdirən ən uğurlu klubların adları müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, Misli Premyer Liqasının lideri “Qarabağ” da ilk “10-luq”da yer alıb.

Qurban Qurbanovun yetirmələri ölkə çempionatının son 7 matçında qələbə qazanmaqla siyahıya düşüb. Ağdam təmsilçisi bu göstəriciyə görə hazırda qitənin ən uğurlu 7-ci komandasıdır.

Cədvələ Çexiya klubu “Slaviya” başçılıq edir. Praqalılar cari mövsüm Çexiya çempionatında 12 görüş keçirib ki, onun son 11-də rəqiblərini üstələməyi bacarıb. “Qarabağ”ı qabaqlayan komandalardan yalnız ikisi – PSV və “Sportinq” maksimum nəticəyə imza atıb. Daxili birincilikdə PSV 10, “Sportinq” isə 9 görüşün hamısında aktivinə 3 xal yazdırıb.

Qələbə seriyası davam edən ən yaxşı 10 klub:

1. “Slaviya” (Çexiya) – 11 qələbə (12 oyunda)

2. PSV (Niderland) – 10 (10)

3. “Srvena Zvezda” (Serbiya) – 10 (12)

4. “Krasnodar” (Rusiya) – 10 (13)

5. “Sportinq” (Portuqaliya) – 9 (9)

6. “Birkirkara” (Malta) – 8 (9)

7. “Qarabağ” (Azərbaycan) – 7 (10)

8. “Ludoqorets” (Bolqarıstan) – 7 (12)

9. “Jrinski” (Bosniya və Herseqovina) – 6 (10)

10. “Boraç” (Bosniya və Herseqovina) – 6 (10)

Shares: