Təbrizin “Traktor” klubu İran çempionatında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 10-cu turda Tehranda əzəli rəqibi “İstiqlal”la qarşılaşıb.
Oyun “Traktor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Təbriz klubunun qollarını Aref Ağasi (56) və Səyyad Aşuri (87) vurub.
Bu nəticədən sonra xallarını 19-a çatdıran “Traktor” liderliyini qoruyub.