“Barselona” Rafael Leaonu transfer etmək üçün fürsət gözləyir. İspaniya nəhəngi “Milan”ın portuqaliyalı ulduzu üçün təklif göndərməyib, amma buna hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, cinah hücumçusu İtaliya klubunda gərgin günlər keçirir. Komandanın uğursuz çıxışı bir yana, məşqçi və rəhbərliklə də problemlər var. Leao durumundan narazıdır və ayrılıq qərarı verib. “Barselona” hadisələrin inkişafını izləyir, şərait yaranan kimi təklif göndərmək niyyətindədir.

Leaoyla bağlı əsas problem onun transfer qiymətidir. Oyunçunun sərbəstqalma qiyməti çox yüksəkdir, yalnız “Milan” satış qərarı verəcəyi halda danışıq aparmaq olar. “Barselona” 25 yaşlı hücumçuya 75 milyon avrodan artıq pul vermək istəmir.”Rossonyerlər” isə 2028-ci ilin yayınadək müqaviləsi olan portuqaliyalı üçün bunun iki qatını tələb edir. Amma klubda yaranan gərginlikdən sonra razılığa gəlmək ehtimalı artıb.

Shares: