“Kyalami Circuit” Cənubi Afrika qran-prisini Formula 1 təqviminə qaytarmaq üçün Beynəlxalq Avtomobil Federasiyasından (FIA) “1-ci Səviyyə” lisenziyasının alınması prosesinə başlayıb.
Kyalami trassının Formula 1-də böyük tarixi var. Burada ilk qran-pri 1967-ci ildə, sonuncusu isə 31 il əvvəl baş tutub. Formula 1 daha əvvəl Afrika qitəsinə qayıtmaqda maraqlı olduğunu bildirsə də, adekvat trasların olmaması bu prosesə mane olub.
Trassın yenidən qurulması və Formula 1 standartlarına uyğunlaşdırılması üçün “Apex Circuit Design” şirkətinə müraciət edilib. Bu şirkət Mayami Beynəlxalq Avtodromunun hazırlanmasında iştirak edib.
Onu da əlavə edək ki, Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri Qayton Makkenzi bu yaxınlarda ölkəmizdə Formula 1-in baş direktoru Stefano Domenikali və FİA prezidenti Məhəmməd bin Sulayem ilə görüşüb.