“Hazırda özümü yaxşı hiss edirəm. Düzdür, ağrı var, lakin şiddətli dərəcədə deyil”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Ramin Nəsirli deyib.
Yarımmüdafiəçi onu Türkiyəyə göndərdikləri üçün klub rəhbərliyinə təşəkkürünü bildirib: “Məşq zamanı ön çarpaz bağların qopması və menisk zədəsi yaşadığım üçün Türkiyəyə gəlməli oldum. Burada doktor Mehmet Binnet tərəfindən əməliyyat olundum. Məni Türkiyəyə göndərdikləri üçün klub rəhbərliyinə öz təşəkkürümü bildirirəm. İnşallah, sabah Allahın izni ilə Bakıya qayıdacam”.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi bu ilin yanvarından “Araz-Naxçıvan”ın şərəfini qoruyur.
GÜNAY SÜLEYMANOVA