“Mançester Yunayted” yeni baş məşqçisini rəsmən açıqlayıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Gözlənildiyi kimi, komanda Ruben Amorimə tapşırılıb. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. 39 yaşlı portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.

Amorim noyabrın 11-də işə başlayacaq, baş məşqçi “qırmızı şeytanlar”a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.

Bu keçidə görə Amorimin indiki klubu “Sportinq”ə 11 milyon avro təzminat ödəniləcək.

Shares: