Stiven Cerrard qovula bilər. “Əl İttifaq”da işləri yolunda getməyən ingilis baş məşqçi vidaya hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu komandanın nəticələrindən narazıdır. Kubokda mübarizəni dayandıran “Əl İttifaq”da Cerrarddan narazıların sayı çoxalıb. Mütəxəssislə bağlı qərar həftə ərzində verilməlidir.
Xatırladaq ki, 2023-cü ilin iyulundan “Əl İttifaq”a rəhbərlik edən Cerrard 4 illik müqavilə bağlamışdı.