“Arsenal”ın çoxsaylı zədəlilərindən biri sağalıb. Qabriel Maqalyaeş tezliklə məşqlərə başlayacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə londonluların baş məşqçisi Mikel Arteta məlumat verib: “Mərkəz müdafiəçimizin bu həftə oynayacağı dəqiq deyil. Amma məşqlərə başlamaq üçün tam hazırdır”.

Arteta digər oyunçuların sıraya dönməsi üçün isə zamana ehtiyac duyulduğunu bildirib: “Rikkardo Kalafiori və Martin Odeqaard azı iki oyunu buraxacaq. Ben Uayt hələlik fərdi məşqlərə başlayıb. Onun dönüşü daha gec olacaq”.

Shares: