İspaniyanın “Real” (Madrid) klubunun qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.

Futbolinfo.az xəbər verir ki, daha əvvəl Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Borussiya” (Dortmund, Almaniya) ilə matçında zədələnən qolkiper komandası ilə birgə məşqlərə qatılıb.

O, İspaniya La Liqasının 12-ci turunda “Valensiya” ilə görüşdə meydana çıxa bilər.

Noyabrın 3-də keçirilməli olan “Valensiya” – “Real” qarşılaşması təbii fəlakət səbəbindən təxirə salınıb.

Shares: