UEFA “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Buna portuqaliyalı mütəxəssisin Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda “Mançester Yunayted”lə matçda qırmızı vərəqə alması səbəb olub.

UEFA İntizam Komitəsi Mourinyoya 1 oyunluq cəza verib. O, Liqa mərhələsinin 4-cü turunda “AZ Alkmaar” ilə oyunda komandasının yanında ola bilməyəcək.

Həmçinin Avropanın ali futbol qurumu “Fənərbağça”nı 29 min avro cərimələyib. Buna səbəb isə “Mançester Yunayted”lə matçda azarkeşlərin meydana yad əşyalar atması və görüşün gec başlamasıdır.

Shares: