“Denver Naggets”in oyunçusu Nikola Yokiç Milli Basketbol Assosiasiyasının tarixində heç vaxt rast gəlinməyən unikal nailiyyətə imza atıb.
“StatMamba” statistik portalının məlumatına görə, serb basketbolçu adi mövsümün ilk 5 oyununda 152 xal, 58 ribaund və 50 məhsuldar ötürmə əldə edib. Bununla da o, startda mövsümün 5 oyunu ərzində150 xal, 50 ribaund və 50 məhsuldar ötürmə ilə tarixdə bunu bacaran ilk oyunçu olub.
“Denver” müntəzəm mövsümün son görüşündə “Minnesota Timbervolves”ə 116:119 hesabı ilə uduzub. 29 yaşlı Yokic 26 xal, 9 ribaund və 13 məhsuldar ötürmə ilə yadda qalıb.