Bu gün Azərbaycan Basketbol Liqasında 3-cü turun daha iki oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, günü ilk matçında “Ordu” “Gəncə” ilə üz-üzə gələcək.

Qarşılaşma saat 12:30-da başlanacaq.

“Quba” isə “Lənkəran”la münasibətlərə aydınlıq gətirəcək. Bu görüş saat 16:00-da start götürəcək.

Əvvəlki oyunlarda “Naxçıvan” “Sərhədçi”ni (83:66), NTD “Neftçi”ni (66:63) məğlub edib. Tura noyabrın 3-də iki matçla yekun vurulacaq.

Shares: