Fransız üzgüçü və dördqat olimpiya çempionu Leon Marşan 200 m məsafəyə qarışıq növdə dünya rekordunu yeniləyib.
Mövsümün lideri Sinqapurda kiçik həcmli hovuzlarda keçirilən Dünya Kubokunda məsafəni 1 dəqiqə 48,88 saniyəyə qət edib. Bundan əvvəlki rekord amerikalı Rayan Loxteyə (1,49,63 saniyə) məxsus idi. Həmin rekord 12 il əvvəl qeydə alınmışdı.
Xatırladaq ki, Dünya kubokunda Marşandan əvvəl amerikalı üzgüçü və 2024-cü ilin Olimpiya çempionu Reqan Smit də 100 m məsafəyə arxası üstə üzməkdə yeni dünya rekordu müəyyənləşdirmişdi.