“Gəncə” cari mövsüm Azərbaycan Basketbol Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv 3-cü turda “Ordu” ilə üz-üzə gəlib.
Qarşılaşma bölgə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 82:61.
“Gəncə” ilk turda “Lənkəran”ı (90:75), 2-ci turda “Quba”nı (90:62) məğlub edib.
Günün digər qarşılaşmasında “Quba” “Lənkəran”la qarşılaşacaq. Əvvəlki oyunlarda “Naxçıvan” “Sərhədçi”ni (83:66), NTD “Neftçi”ni (66:63) məğlub edib. Tura noyabrın 3-də iki matçla yekun vurulacaq.