Beynəlxalq Buz Hokkeyi Federasiyası (IIHF) 3×3 hokkey oyununun 2030-cu il Olimpiadasının proqramına daxil edilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi ərizə təqdim edəcək. Bu barədə qurumun saytında məlumat verilir.
“3×3 mövcud idman növündə yeni bir dəbdir: bort, skamyalar və digər bu kimi şeylər ənənəvi konkisürmə meydançasında olduğu kimi quraşdırılda da, yeganə fərq buz hissəsinin ölçüsünün kiçikliyidir.
Bu, kiçik ölkələrdən olan hokkeyçilərə Olimpiadada iştirak etmək üçün daha çox imkanlar verir. Oyun azarkeşlər üçün maraqlı olacaq. 3×3 formatı çoxlu qol olması deməkdir. Belə oyunların ritmi də yüksək olur”, – deyə IIHF-nin bəyanatında deyilir.
Xatırladaq ki, BOK-un gələn ilin sonuna qədər yekun qərar verəcəyi gözlənilir.