Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kişi voleybolçular arasında təşkil olunan ölkə kubokunda yarımfinal oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində ilk olaraq “Azərreyl” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər.

Gərgin keçən oyunda qalib tay-brekdə müəyyən olunub. “Azərreyl” 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Günün növbəti qarşılaşması isə “Neftçi” və “Xilasedici” komandaları arasında olub. Bu görüşdə 3:1 hesabı ilə qalib gələn “Xilasedici” finala vəsiqə qazanıb.

Noyabrın 4-də finalda “Azərreyl” və “Xilasedici” komandaları üz-üzə gələcəklər.

Ölkə kuboku
Kişilər
Yarımfinal

“Azərreyl” – “Murov Az Terminal” – 3:2 (22:25, 25:21, 25:19, 23:25, 15:13)
“Neftçi” – “Xilasedici” – 1:3 (22:25, 25:22, 17:25, 23:25)

Shares: