Azərbaycan Basketbol Liqasının III turunun son görüşləri bu gün keçiriləcək.
Əvvəlcə “Şəki” “Sumqayıt”la üz-üzə gələcək. Şəki Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səsləndiriləcək.
“Sabah” isə “Abşeron”la münasibətlərə aydınlıq gətirəcək. Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, əvvəlki oyunlarda “Naxçıvan” “Sərhədçi”ni (83:66), NTD “Neftçi”ni (66:63) məğlub edib. “Gəncə” “Ordu”dan üstün olub – 82:61. “Lənkəran” isə “Quba” üzərində qələbə qazanıb – 86:81.