Braziliyanın “Fluminense” klubu məşhur futbolçusu Marselo ilə yollarını ayırıb. Təcrübəli müdafiəçinin müqaviləsinə xitam verilib.

Buna səbəb 37 yaşlı futbolçunun baş məşqçisi Menezeslə mübahisə etməsi olub. O, ölkə çempionatının “Qremio” ilə matçında (2:2) oyuna daxil olarkən baş məşqçisinin ona verdiyi taktiki tapşırıqlara etiraz edib. Buna görə də Menezes dəyişikliyi ləğv edib və Marselonu meydana buraxmayıb.

Shares: