“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Elfsborq” İsveç çempionatında növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, komanda 29-cu turda “Vasteras”ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Oyunda yeganə qolu matçın 45+1-ci dəqiqəsində Rami Kaib vurub.

Bu nəticədən sonra “Elfsborq” 44 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” oyunu dekabrın 13-də keçiriləcək və Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Shares: