PSV-nin futbolçusu Luk De Yonq 1980-ci illərdə qeydə alınan rekordu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, o, Niderland çempionatının 11-ci turunda “Ayaks”a uduzduqları (2:3) matçda qol vurmaqla buna nail olub. Bununla da, De Yonq “Ayaks”a qarşı ardıcıl 8 matçda qol vurub.
Bu, ötən əsrin 80-ci illərinin əvvəllərində qeydə alınan klub rekordunun təkrarıdır. Norveçli futbolçu Hallvar Thoresen 1982-1986-cı illərdə “Eagles”a qarşı ardıcıl səkkiz matçda qol vurub.
34 yaşlı futbolçu bu mövsüm Niderland çempionatında 5 oyuna 4 qol vurub.