Azərbaycanlı hücumçu Mahir Emreli “Nürnberq”in heyətində növbəti dəfə fərqlənib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü “Hamburq”un qapısına yol tapıb (qolun videosuna Teleqram səhifəmizdə baxa bilərsiz).
Mahir Almaniya 2-ci Bundesliqasının 11-ci turunda hesabı bərabərləşdirən qolun müəllifi olub. O, 62-ci dəqiqədə rəqib qapıçını məyus edib.
65-ci dəqiqədə sarı vərəqə alan Mahir bundan 3 dəqiqə sonra əvəzlənib.
Qeyd edək ki, hazırda davam edən oyunda hesab bərabərdir – 1:1.
Emreli kubok oyunları da daxil olmaqla son 4 matçda fərqlənir.