“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində doğma meydanda “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Çox yaxşı komandaya qarşı oynadıq. Hücumda və müdafiədə yaxşı oynayırlar. Son oyunlar da onu göstərdi ki, yaxşı komandadırlar. Futbolçularım bu oyuna yaxşı köklənmişdilər. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Onların sayəsində bu gün qələbə qazandıq. Çətin oldu, amma lazımlı idi. Ümid edirəm ki, qalib ruhumuz davam edəcək. Rəqibə epizodlar vermədik. Müdafiədə qalmağımızın bir məqsədi var idi. Planımızı icra etməyə çalışırdıq. Allahın izni ilə də, son dəqiqələrdə gözəl qol vurub, qələbə qazandıq. Hər şey istədiyimiz kimi oldu. Səbirli, istəkli davrandıq. Eyforiyaya qapılmamalıyıq. Hər oyuna qələbə istəyi ilə çıxacağıq. Heç bir eyforiyadan söz gedə bilməz. Çempionat çətindir. İşimizə istəklə və ciddi yanaşsaq, hər şey yolunda olacaq və istədiyimiz yeri tutacağıq”.

Shares: