“Bu gün zədə səbəbindən 2 ucaboy basketbolçumuz – DeAndre və Artyomsun xidmətindən istifadə edə bilmədik”.
Futbolinfo.az xəbər verir ki, bunu “Sabah” basketbol klubunu baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis “Abşeron” BK ilə oyunda qazanılan 75:59 hesablı qələbəni şərh edib:
“İlk 2 periodda yaxşı çıxış etməsək də, layiqli qələbə qazandıq. Bu oyun bizim üçün “asan gəzinti” olmadı. Zədəli oyunçularımızın çoxluğu səbəbindən əsas heyət üzvlərinə istirahət verə bilmədim. Gərgin qrafika görə oyunçulara bir qədər dincəlmək imkanı verəcəm. “Maroussi” ilə oyuna qədər güc toplamalıyıq. DeAndre bu dəfə də oynamayacaq. Məşqdə zədələnən Artyomsun isə “Maroussi” ilə oyuna kimi sıraya qayıdacağına ümid edirəm”.
“Sabah” çempionatda keçirdiyi hər 3 oyunda qələbə qazanıb.