İngiltərə Premyer Liqasının 10-cu turunda evdə “Çelsi” ilə 1:1 hesablı heç-heçə edən “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Ruud van Nistelroy oyunu dəyərləndirib.
Sabiq hücumçu deyib: “Yaxşı matç oldu. Oyunçular meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Kənardan izləmək xoş idi. Yaratdığımız qol imkanlarını nəzərə alsaq, biz daha bir qol vura və qələbə qazana bilərdik. Qələbə qazana bilmədiyimiz üçün bir qədər məyusam. İşim komandaya kömək etmək, futbolçulara klubun dəyərlərini aşılamaqdır. Son bir həftədə o qədər çox şey baş verib ki. Buraya qayıtdığım üçün şadam, hər andan zövq alıram. Son iki oyunumuzdan sonra hər şeyin alınacağına inanıram”.
Oktyabrın 28-də qovulan Erik ten Haqın yerinə gətirilən portuqaliyalı mütəxəssis Ruben Amorim “qırmızı şeytanlar”ı noyabrın 11-dən çalışdıracaq. Van Nistelroyun taleyinin necə olacağı bəlli deyil.
10 oyuna 12 xal toplayan “Mançester Yunayted” hazırda turnir cədvəlində 13-cü, 18 xala malik “Çelsi” 4-cü pillədədir.