Peşəkar Tennis Assosiasiyası təklərin yenilənmiş reytinq cədvəlini dərc edib.

İlk onluqda bir neçə dəyişiklik baş verib. Parisdə titul qazanan almaniyalı Aleksandr Zverev ikinci yerə yüksəlib. Novak Cokoviç də bir yer itirib.

Noyabrın 4-nə olan ATP reytinqi:

1 (1). Yannik Sinner (İtaliya) – 11,920 xal.

2 (3). Aleksandr Zverev (Almaniya) – 7715.

3 (2). Karlos Alkaras (İspaniya) – 7210.

4 (5). Daniil Medvedev (Rusiya) – 5230.

5 (4). Novak Cokoviç (Serbiya) – 5210.

6 (6). Teylor Fritz (ABŞ) – 4300.

7 (8). Kasper Ruud (Norveç) – 3855.

8 (10). Aleks de Minor (Avstraliya) – 3745.

9 (7). Andrey Rublyov (Rusiya) – 3720.

10 (9). Qriqor Dimitrov (Bolqarıstan) – 3240.

Shares: