“Qarabağ”la oyun hər iki komanda üçün yaxşı keçdi. Maraqlı və sürətli qarşılaşma oldu. Hər iki tərəfin qələbə qazanma şansı olsa da, sonda matç ədalətli nəticə ilə yekunlaşdı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib.

Evdə ağdamlılarla qolsuz bitən oyundan danışan müdafiəçi növbəti turda işlərinin daha çətin olacağını bildirib: “Çempionatda qazanılan hər bir xal deyərlidir. Bu da onlardan biri oldu. Lakin daha da artırıb, yolumuza davam etməyə çalışacağıq. Qarşılaşma mənim üçün xoş oldu. Komandanın hər üzvü bu oyun əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Kollektiv olaraq çox yaxşı performans göstərdik. Ümid edirəm ki, bu çıxışımızı davam etdirərək, mövsümü yuxarı pillələrdə başa vurarıq. Qarşıdakı rəqibimiz “Səbail”dir. Bu oyunda da meydana qələbə qazanmaq üçün çıxacağıq. Düşünürəm ki, rəqib komandada baş verən baş məşqçi dəyişikliyi işimizi bir az da çətinləşdirəcək”.

GÜNAY SÜLEYMANOVA

Shares: