Perulu futbolçu Xose Hüqo de la Kruz Mesanı matç zamanı ildırım vurub. Nəticədə futbolçu dünyasını dəyişib. Bu barədə “Relevo” məlumat verib.
Hadisə noyabrın 3-də Huancayo şəhərinin iki komandası – “Juventud Bellavista” və “Familia Ciocca” arasında keçirilən oyun zamanı baş verib. Fırtına səbəbindən qarşılaşma dayandırıldıqdan bir neçə dəqiqə sonra oyunçular meydanı tərk edən zaman ildırım çaxıb.
Yerli media Mesanın dərhal xəstəxanaya aparıldığını, həkimlərin müdaxiləsinə qədər futbolçunun öldüyünü bildirib. Bundan başqa qapıçı Xuan Çokanın da vəziyyəti ağırdır. İldırım vuran qalan futbolçuların sağlamlıq durumu haqqında məlumat yoxdur.