“Ferrari” komandasının sürücüsü Şarl Lekler beşinci yeri tutduğu Braziliya qran-prisindəki çıxışını şərh edib. Xatırladaq ki, mərhələdə qələbəni “Red Bull”dan Maks Ferstappen qazanıb.

“Təsnifat mərhələsində çox da pis çıxış etmədik. Lakin yarışda avtomobili idarə etmək çətin oldu. Amma iki “McLaren”i qabaqlayaraq Mühəndislər Kubokunda intriqanın davam etməsinə görə sevinə bilərik. Strategiyamız açıq-aşkar şəkildə səhv idi. Belə yarışda səhv etməmək çox çətindir. Nə baş verdiyini və nə ola biləcəyini başa düşmək müşküldür. Yarış zamanı yalnız ilk üçlük strateji səhvə yol vermədi”, – deyə “Motorsport Italia”ya müsahibəsində pilot qeyd edib.

Shares: