“Ferrari” komandasının sürücüsü Şarl Lekler cari mövsümdə çempion olmaq şansını itirib. Moneqaskın hazırda 307 xalı var. Qalan üç qran-pridə bir pilotun maksimum 86 xal toplamaq imkanı olur. Lekler bunların hamısını qazansa, “Red Bull” pilotu  Maks Ferstappenlə (393) xalları bərabər olacaq. Lakin Şarlın qələbə sayı az olduğundan o, niderlandlını qabaqlaya bilməyəcək.

Hazırda yalnız ümumi sürücülər sıralamasında ikinci yeri tutan “McLaren” komandasının pilotu Lando Norrisin titul qazanmaq şansı qalır. Britaniyalının aktivində 331 xalı var.

Növbəti Formula 1 mərhələsi  noyabrın 22-dən 24-dək Las-Veqasda baş tutacaq.

Shares: