“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan “Bodo Qlimt” Norveç çempionatında 27-ci tur oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda səfərdə “Molde” ilə qarşılaşıb.

Matçda 6 qol vurulsa da, qalib müəyyənləşməyib – 3:3.

“Bodo Qlimt”in heyətində Ulrik Saltnes və Frederik Byorkan fərqlənib. “Bodo Qlimt”in hesabına yazılan 3-cü qolu isə “Molde”nin futbolçusu Kasper Oyvann öz qapısına vurub.

Hazırda turnir cədvəlində “Bodo Qlimt” 55 xalla liderdir. 48 xala malik “Molde” isə 4-cü yeri tutur.

Xatırladaq ki, noyabrın 7-də “Aspmira” stadionunda keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Shares: