Almaniya kubokunun 1/8 final mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət olacaq bu mərhələnin matçları 3-4 dekabr tarixlərində keçiriləcək.
Püşkün nəticəsinə əsasən, 1/8 finalda erkən final oyunu olacaq. “Bayern” öz meydanında “Bayer”i qəbul edəcək.
Püşkün nəticəsinə əsasən, 1/8 finalda aşağıdakı cütlüklər üz-üzə gələcək:
“Bayern – “Bayer”
“Verder” – “Darmştadt”
“Leypsiq – “Ayntraxt”
“Karlsrue” – “Auqsburq”
“Arminiya” – “Frayburq”
“Yan Regensburq” – “Ştutqart”
“Köln” – “Herta”
“Volfsburq” – “Hoffenhaym”