AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkle Brügge” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.

Linz şəhərində yerləşən “Oberösterreich Arena”da təşkil olunacaq görüş noyabrın 7-də baş tutacaq.

Shares: