Ötən gün “Kəpəz”ə uduzaraq istefa verən Şahin Diniyevi “Səbail”in baş məşqçi postunda əvəz edəcək məşqçilərin siyahısı bəllidir. Xəbərlərə inansaq, Adil Şükürov da namizədlərdən biridir.
Futbolinfo.az xəbər verir ki, klub idarəçilərinin Şükürovla razılaşmağa yaxın olduğu deyilir. Amma Adil bəy saytımıza açıqlamasında xəbəri təkzib etdi. O, belə bir söhbətin olmadığını, ümumiyyətlə, “Səbail” tərəfdən heç kimlə danışmadığını bildirdi.
Qeyd edək ki, Şahin Diniyev dünən komandası Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqdan sonra postundan ayrılıb. Şükürovun isə son iş yeri “Kəpəz” olub.
GÜNAY SÜLEYMANOVA