İngiltərənin “Arsenal” komandasının idman direktoru Edu Qaspar vəzifəsindən ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2019-cu ildən “topçular”ın uğurları üçün çalışan 46 yaşlı braziliyalı mütəxəssis, 2022-ci ildən idman direktoru vəzifəsini icra edirdi.

“Arsenal” Premyer Liqada 10 turdan sonra 18 xalla 5-ci sırada qərarlaşıb.

Shares: