Azərbaycanın aşağı yaş qrupu üzrə milli komandalarında ilk ayrılıq reallaşıb.

Futbolinfo.az saytının məlumatına görə, 21 yığmamızın baş məşqçisi Samir Əliyev postunu tərk edib.

U-21-in Avropa çempionatının seçmə mərhələsindəki uğursuz çıxışının ardından 45 yaşlı mütəxəssis yeni müqavilə bağlamamaq qərarına gəlib. O, bu istəyini AFFA rəhbərliyinə çatdırıb. Həmçinin milli assosiasiya da Əliyevlə yola davam etməkdə maraqlı olmayıb.

Əslində, Samir Əliyev Belarusla bu ay keçirilməsi nəzərdə tutulan yoxlama görüşlərindən sonra ayrılacaqdı. Lakin U-21-in Minsk toplanışı ləğv olunduğundan, onun işini davam etdirməsi üçün heç bir səbəb qalmayıb.

Qeyd edək ki, Samir Əliyev 2022-ci ilin yayından bəri U-21 millimizi çalışdırıb. Onunla yanaşı digər millilərin baş məşqçilərinin də müqavilələri ilin sonunda başa çatacaq. Əliyev bundan sonra klublardan birində çalışmaq niyyətindədir.

Shares: